"Lester Siti"də yeni baş məşqçi
"Lester Siti"nin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportliqa.az xəbər verir ki, Çempionşip təmsilçisi Hari Rovettlə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
51 yaşlı mütəxəssislə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, "Lester Siti" Çempionşipdə 32 turdan sonra 32 xal toplayıb və turnir cədvəlinin 22-ci pilləsində yer alıb.