“Arsenal” klubu futbolçusu Bukayo Saka ilə müqaviləni uzadıb.
Sportliqa.az xəbər verir ki, ingiltərəli vingerlə sözləşmənin müddəti açıqlanmayıb. Sözləşmənin uzunmüddətli olduğu qeyd edilib.
8 yaşında "Arsenal"ın akademiyasına qoşulan Bukayo Saka 2018-ci ildə London klubunun əsas komandasında debüt edib.
BBC-nin məlumatına görə, yeni anlaşma ilə Saka "Arsenal"ın ən çox məvacib alan futbolçusu olub. Məlumata görə, onun həftəlik qazancı 340 min avronu keçəcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az