"İnter"in UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Bodo/Qlimt"lə ilk matçında zədələnən kapitanı Lautaro Martinezin durumu açıqlanıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
28 yaşlı hücumçu tibbi müayinədən keçib. Ona sol ayağın soleus əzələsinin burxulması diaqnozu qoyulub. Onun təxminən 3-4 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az