40 yaşlı futbolçudan Premyer Liqa rekordu
"Brayton"un yarımmüdafiəçisi Ceyms Milner Premyer Liqada ən çox oyun keçirmə rekorduna imza atıb.
Sportliqa.az xəbər verir ki, 40 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 27-ci turunun "Brentford"la (0:2, ilk hissə) oyunda komandasının əsas heyətində meydana çıxıb. Bu, ingilis yarımmüdafiəçinin turnirdə 654-cü oyunudur.
Qeyd edək ki, Milner Qaret Barrinin 653 oyunluq rekordunu qırıb. Milner ən çox (230 oyun) "Liverpul"un heyətində meydana çıxıb. O, həmçinin "Lids", "Nyukasl", "Aston Villa" və "Mançester Siti"də də oynayıb.