"Torino" yeni baş məşqçisini açıqlayıb.
Sportliqa.az xəbər verir ki, komanda ötən mövsüm "Empoli"yə rəhbərlik edən Roberto D’Aversaya tapşırılıb. 50 yaşlı mütəxəssis klubla 2025/2026 mövsümünün sonuna qədər müqavilə imzalayıb.
Xatırladaq ki, yeni baş məşqçi futbol ictimaiyyətinə həm də qalmaqallı hərəkəti ilə tanışdır. O, təxminən iki il əvvəl "Leççe"ni çalışdırarkən "Verona"nın futbolçusunu Zinəddin Zidan üslubunda başı ilə vurduğu üçün işindən qovulmuşdu.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az