"Turan Tovuz" Qəbələ səfərində
Bu gün Misli Premyer Liqasında XIV turun təxirə salınmış oyunu keçiriləcək.
Sportliqa.az xəbər verir ki, "Qəbələ" doğma meydanda "Turan Tovuz"u qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.
Qeyd edək ki, "Qəbələ" - "Turan Tovuz" matçı dumanlı havaya görə təxirə salınmışdı.
Misli Premyer Liqası
XIV tur
24 fevral (çərşənbə axşamı)
“Qəbələ” – “Turan Tovuz”
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əkbər Əhmədov
VAR: Əliyar Ağayev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu, 15:00