"Yuventus" klubu yarımmüdafiəçisi Ueston Makkenni ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.
Sportliqa.az xəbər verir ki, tərəflər arasında razılıq əldə olunub və hazırda proses yekunlaşmaq üzrədir. Turin klubu amerikalı futbolçunu yenilənmiş "qoca sinyora"nın əsas sütunlarından biri kimi görür.
Yeni müqavilənin 2030-cu ilin iyununa qədər, yəni 4 illik olması nəzərdə tutulub.
Makkenni cari mövsümdə "Yuventus"un heyətində 36 matça çıxıb, 7 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az