"İmişli" klubu heyətinə yeni legioner futbolçu cəlb edib.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi kolumbiyalı yarımmüdafiəçi Faxardo Hernandezin transferini açıqlayıb. 19 yaşlı futbolçu ilə "2,5+1" illik müqavilə imzalanıb.
Faxardo Hernandez Kolumbiyada gənc istedadların yetişdirilməsi ilə tanınan "Club Deportivo Maracaneiro" futbol məktəbinin yetirməsidir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az