Roi Kehat üçün mövsüm erkən başa çatdı
Azərbaycan Premyer Liqasının XXI turunun “Qəbələ” ilə matçında zədələnən və oyunu davam etdirə bilməyən "Sumqayıt"ın futbolçusu Roi Kehat vətəni İsraildə əməliyyat olunub.
Sportliqa.az xəbər verir ki, Axill vətərinin dabana qədər tam yırtığı diaqnozu qoyulan yarımmüdafiəçi professor Eran Tamir tərəfindən əməliyyat edilib.
Uğurlu keçən cərrahi müdaxilə nəticəsində Roi Kehat təxminən 1 ay sonra fizioterapevt müşayiəti ilə mərhələli şəkildə reabilitasiya prosesinə start verəcək. O, ən az mövsümün sonuna qədər komandaya kömək edə bilməyəcək.