Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubunun heyətində ciddi itki baş verib.
Sportliqa.az xəbər verir ki, hücumçu Kərim Benzema sıradan çıxıb. Bu barədə yerli mətbuat məlumat yayıb.
Fransalı forvard komandanın məşqi zamanı zədələnib. 38 yaşlı futbolçu təxminən 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki. Kərim Benzema 2 fevral tarixində "Əl-İttihad"dan "Əl-Hilal"a keçib. O, komandanın heyətində keçirdiyi 3 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.