"Brentford"un yeni baş məşqçisi açıqlandı
"Brentford" klubu baş məşqçisi Kit Endryus ilə müqaviləni yeniləyib.
Pressing.az xəbər verir ki, bu barədə klub məlumat yayıb. London təmsilçisi mütəxəssis ilə 2032-ci ilin yayına qədər nəzərdə tutulan yeni sözləşməyə imza atıb.
Xatırladaq ki, "Brentford" cari mövsümdə uğurlu çıxışı ilə diqqət çəkir və hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 7-ci pillədə qərarlaşıb.