"Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik" - Azər Bağırov
Azərbaycan Premyer Liqasının XXII turunun “Kəpəz” – “Sumqayıt” oyunundan (3:0) sonra meydan sahibi komandanın baş məşqçisi Azər Bağırov jurnalistlərin suallarını cavablandırıb.
Sportliqa.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…
– Azarkeşlərimizə təşəkkür edirəm. Qələbəmizi onlara həsr edirik. Xüsusən də bir neçə gün əvvəl ata olan qazimiz Kərim və onun qızına. Oyun çox maraqlı alındı. Meydanda istədiyimiz hər şeyi həyata keçirə bildik, lazımi qollar vurduq. Futbolçularımı təbrik edirəm.
– Futbolçuların bu qədər motivasiyalı olmasının səbəbi nə idi?
– “Sabah”la matçın son dəqiqələrində 1 xalı əldən verdik. Bəlkə də, bu motivasiya elə həmin oyundan gəlirdi. Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar.
Keçən dəfə cibinizdə Ohorinin reseptini axtarırdız… Deyəsən orada yazılan dərmanlar yaxşı təsir edib…
Əslinə qalanda yaxşı təsir edib. Bu dəfə Bakıya gedəndə Ohorini həkimə şəxsən özüm aparmışdım. Mən sözümü elə-belə demirəm və sözümün ağasıyam. Kimsə istəsə Bakıya gedəndə resepti göstərə bilərəm..
Təsadüfən ötən tur Camal Cəfərov da sabiq komandası “Sabah”la oyunda da sifariş edilməmişdi. Onun problemi nə idi?
Camal komandamıza yeni qoşulub. Bu gün hər bir oyunçunu meydana buraxıb itirmək istəmirik. Hazır olmadığına görə meydançada deyildi. Qarşıda yenə “Sabah”la oyunumuz var, İnşallah onda meydanda olacaq.
– Kubokda hədəfiniz nə olacaq?
– Rəhbərlik komandaya yaxşı motivasiya verir. Bütün oyunlara maksimum nəticə üçün çıxırıq. “Turan Tovuz”la kubokun ilk matçında meydana daha çox yerli futbolçu buraxmışdıq. Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik. Həm çempionatda, həm də kubokda bacardığımız qədər irəli getmək istəyirik.