Saşa İliç: "Birinci hissədə bu mövsüm ən bərbad oyunumuzu keçirdik"
"Sumqayıt" klubunun baş məşqisi Saşa İliç Misli Premyer Liqasının 22-ci turunda "Kəpəz"ə böyük hesabla uduzduqları (0:3) oyun haqda danışıb.
Sportliqa.az xəbər verir ki, mütəxəssis görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib:
“İlk növbədə “Kəpəz”i təbrik edirəm. Birinci hissədə bu mövsüm ən bərbad oyunumuzu keçirdik. Belə bəsit qollar buraxdığımıza inana bilmirəm. İkinci yarıda toparlanmağa çalışsaq da aldığımız qırmızı vərəqə hər şeyi dəyişdi. Qarşıda kubok matçımız var. Diqqətimizi ora yönəltməyə çalışacağıq”.