"Qarabağ"ın müdafiəçisi əməliyyat olundu
"Qarabağ"ın və Azərbaycan millsinin futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub.
Sportliqa.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib.
Bəhlul Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.