"Qalatasaray"ın oyunu təxirə salındı
Türkiyə Futbol Federasiyası (TFF) avrokuboklarda mübarizə aparan klubların çempionat oyunlarını təxirə salıb.
Sportliqa.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Çempionlar Liqasında iştirak edən "Qalatasaray"ın "Göztepe" ilə, Konfrans Liqasında yoluna davam edən "Samsunspor"un isə "Rizespor"la matçı təxirə salıb. Qarşılaşaların nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, "Qalayasaray" Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"la, "Samsunspor" isə Konfrans Liqasında "Rayo Valyekano" ilə qarşılaşacaq.