"Qarabağ" qazaxıstanlı futbolçunu transfer etmək istəyir - İDDİA
Qazaxıstanın “Xan-Tenqri” klubunun 16 yaşlı hücumçusu Hüseyn Qambarov Azərbaycanın “Qarabağ” və Türkiyənin “Qalatasaray” klublarının maraq dairəsinə düşüb.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Goal.kz sosial media hesabı yayıb. İddiaya görə, hazırda tərəflər arasında danışıqlar aparılır.
Lakin futbolçu yetkinlik yaşına çatmadığı üçün onun hələlik onun öz ölkəsində çıxışını davam etdirməsi planlaşdırılır.
Qambarov yerli digər özəl klub olan FFC-nin yetirməsidir. O, Almatı Liqasının ən yaxşı hücumçusu seçilib.