"Qarabağ" - "Araz-Naxçıvan" matçının biletləri satışa çıxarılır
Misli Premyer Liqasının XXIII turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Araz-Naxçıvan" oyununun biletləri sabah saat 13:00-dan etibarən satışda olacaq.
Sportliqa.az xəbər verir ki, biletlərin qiyməti sektorlara uyğun olaraq 5, 10 və 20 manat aralığında dəyişir.
Biletlər sanah saat 13:00-dan etibarən iTicket.az-da onlayn, oyun günü isə həm iTicket.az-da onlayn, həm də Tofiq Bəhramov adına Respublika stadionunun kassalarında da satışda olacaq.