"Mançester Yunayted" "Nyukasl"da çıxış edən Bruno Gimaraeşi transfer etmək istəyir.
Sportliqa.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.
"Qırmızı şeytanlar" braziliyalı yarımmüdafiəçini yayda klubdan ayrılacağını açıqlayan Kazemironun əvəzləyicisi kimi düşünür. "Nyukasl" Gimaraeşi 100 milyon funt-sterlinqdən aşağı qiymətə satmağı düşünmür.
28 yaşlı futbolçu ilə "Mançester Siti", PSJ, "Real" və "Bavariya" da yaxından maraqlanır.
Qeyd edək ki, Bruno Gimaraeş bu mövsüm "Nyukasl"ın heyətində keçirdiyi 35 oyunda 9 qol vurub, 7 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az