Azərbaycan cüdoçusu Ruslan Paşayev (66 kq) Avstriyanın Linz şəhərində keçirilən "Qran-pri"nin qalibi adını qazanıb.
Sportliqa.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Cüdoçumuz turnirin finalında braziliyalı Ronald Limanı məğlub edib.
Murad Muradlı (60 kq) ilə İslam Rəhimov (66 kq) yarışı medalsız başa vurublar.
Qeyd edək ki, Azərbaycanı "Qran-pri"də 7 cüdoçu təmsil edir. Yarışa 59 ölkədən 479 idmançı qatılıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az