"Arsenal" mövsümün sonunda Martin Edeqor və Qabriel Martinelli ilə yollarını ayırmağı planlaşdırır.
Sportliqa.az xəbər verir ki, bu barədə məlumatı "The Telegraph" paylaşıb.
Bildirilir ki, 27 yaşlı yarımmüdafiəçi və 24 yaşlı hücumçu Avropanın bir neçə tanınmış klubundan transfer təklifləri gəlib. "Arsenal" isə sərfəli sövdələşmə müqabilində hər iki futbolçu ilə vidalaşmağa hazırdır.
Klub bununla, oyunçuların yüksək maaşından qurtularaq maliyyə vizəyyətini yaxşılaşdırmağı və komandaya yemi futbolçuların cəlb edilməsin hədəfləyir.
Qeyd edək ki, Edeqor 2021-ci ildən, Martinelli isə 2019-cu ildən "Arsenal"ın formasını geyinir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az