Daha 2 cüdoçumuz Qran Pridə mübarizəyə başlayır
Avstriyanın Lints şəhərində keçirilən Qran Prinin son günündə Azərbaycanın daha 2 cüdoçusu mübarizəyə qoşulacaq.
Sportliqa.az xəbər verir ki, ən ağır çəkidə Camal Qamzatxanov və Uşangi Kokauri çıxış edəcək.
Kişilər
+100 kq, 1/16 final
Camal Qamzatxanov - Uesli Qrinic (Böyük Britaniya)
Uşanqi Kokauri - Yakub Sordil (Polşa)
Təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:00-dan “JudoTV”də, final bloku saat 20:00-dan “CBC Sport”da yayımlanacaq.
Qeyd edək ki, daha əvvəl Ruslan Paşayev (66 kq) qızıl, Vüsal Qələndərzadə (81 kq) gümüş, Ömər Rəcəbli (81 kq) bürünc medal qazanıb. Hazırda Azərbaycan 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 59 ölkə arasında 3-cü, kişilərin yarışında isə 1-cidir.