Ötən ayın ən yaxşısı Qvardiola oldu
"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı məşqçisi seçilib.
Sportliqa.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Bu, Qvardiolanın 2021-ci ilin dekabrından bəri qazandığı ilk mükafatdır.
Ötən ay "Siti" dörd qələbə qazanıb və bir oyun heç-heçə edib.
Ən yaxşı məşqçi adı üçün Keyt Endryu ("Brentford"), Maykl Kerrik ("Mançester Yunayted") və Arne Slot ("Liverpul") da mübarizə aparırdı.