Polşanın paytaxtı Varşavada cüdo üzrə böyüklər arasında Avropa Açıq Turniri start götürüb.
Sportliqa.az xəbər verir ki, yarışın ilk günündə Azərbaycan idmançılarından Tofiq Məmmədov uğurla çıxış edib.
66 kq çəki dərəcəsində mübarizə aparan idmançı bürünc medal qazanıb.
Qeyd edək ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən yarışa 27 ölkədən 320 idmançı qatılıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az