
Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatı davam edir.
Sportliqa.az xəbər verir ki, bu gün Azərbaycan idmançısı Vüqar Talıbov 90 kq çəki dərəcəsində gümüş medal qazanıb. O, həlledici görüşdə yaponiyalı Komei Kavabataya məğlub olub.
Qeyd edək ki, daha əvvəl Azərbaycan cüdoçularından Vüsal Qələndərzadə (73 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal əldə ediblər.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması