"Yuventus" baş məşqçi Luçano Spalettinin mövsümün sonunda başa çatan müqaviləsinin müddətini uzadacaq.
Sportliqa.az xəbər verir ki, bu barədə jurnalist Romeo Aqresti məlumat yayıb.
Artıq italiyalı mütəxəssislə razılıq əldə olunub. Yaxın günlərdə tərəflər arasında 1+1 illik sözləşmə imzalanacaq.
Qeyd edək ki, Luçano Spaletti 2025-ci ilin oktyabrında "Yuventus"un baş məşqçisi vəzifəsinə təyin olunub. Turin təmsilçisi A Seriyasında 29 turdan sonra 53 xal toplayıb və turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az