Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində gümüş medal qazanıb.
Sportliqa.az xəbər verir ki, o, finalda Nurkanat Serikbayevə (Qazaxıstan) uduzmaqla fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Digər təmsilçilərimizdən Rəşad Yelkiyev (66 kq), Könül Əliyeva (48 kq) və Leyla Əliyeva (52 kq) yarışı mükafatsız başa vurublar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az