"Sevilya" baş məşqçi Matias Almeyda ilə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, 52 yaşlı mütəxəssis uğursuz nəticələrə görə istefaya göndərilib. Bu barədə yerli mətbuat məlumat yayıb.
Argentinalı çalışdırıcı ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Matias Almeyda mövsümün əvvəlində "Sevilya"nın baş məşqçisi vəzifəsinə təyin olunub. Komanda La Liqada 29 turdan sonra 31 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az