Azərbaycan taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilən “Belgian Open” beynəlxalq turnirində 6 medal qazanıblar.
Sportliqa.az xəbər verir ki, yarışın ilk günündə gənc taekvondoçularımız 1 qızıl və 4 bürünc medal qazanıblar.
49 kq çəki dərəcəsində çıxış edən Nilufər Borci bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Rasim Xəlilov (45 kq), İlknur Əlimov (48 kq), Mehriban İsmayıllı (46 kq) və Allahverdi Məmmədov (+78 kq) bürünc medal əldə ediblər.
Böyüklər arasında keçirilən yarışda isə Qaşım Maqomedov (63 kq) bürünc medal qazanıb.
Yarışda beyxəlxalq dərəcəli referi Aygül Abdullayeva ölkəmizi hakim kimi təmsil edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az