Azərbaycanın dörd parataekvondoçusu Antalya şəhərində keçirilən Türkiyə Açıq Beynəlxalq Turnirində fəxri kürsüyə yüksəliblər.
Sportliqa.az xəbər verir ki, K44 kateqoriyasında çıxış edən təmsilçilərimiz uğura imza atıblar.
Səmayə Həsənova (47 kq), Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq) və İmaməddin Xəlilov (70 kq) yarışı bürünc medalla başa vurublar.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az