
Moldovanın "Şerif" klubu baş məşqçisi Roberto Bordin ilə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, Tiraspol təmsilçisi italiyalının müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib. 58 yaşlı mütəxəssis bu ilin yanvarında "Şerif"in baş məşqçisi təyin edilmişdi.
Roberto Bordin 2018-ci ilin iyun ayından 2020-ci ilin yanvarınadək "Neftçi"ni çalışdırıb.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması