"Fənərbaxça"nın qapıçısı Dominik Livakoviç karyerasını Belçikada davam etdirə bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə "Footnews" məlumat yayıb.
"Brügge" icarə əsasında Zaqreb "Dinamo"sunda çıxış edən xorvatiyalı qolkiperi transfer etmək istəyir. "Göy-qaralar" 31 yaşlı "əlcək sahibi"ni heyətinə qatmaq üçün danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, "Fənərbaxça" Dominik Livakoviçi bu ilin yayında "Dinamo"ya icarəyə verib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az