A Seriyası nəhəngləri türkiyəli müdafiəçi üçün yarışır
"Roma" mövsümün sonunda müqaviləsi başa çatan Zeki Çeliyi komandada saxlamaq istəyir.
Sportliqa.az İtaliya mətbuatına istinadən xəbər verir ki, paytaxt klubu türkiyəli müdafiəçiyə yeni sözləşmə üçün illik 2,5 milyon avra maaş təklif edib. Zekinin tələbi isə 4 milyon avrodur.
Durumu yaxından izləyən "Yuventus" və "İnter" də 29 yaşlı futbolçu üçün hərəkətə keçməyi planlaşdırır. Təcrübəli sağ cinah müdafiəçisi "Roma" ilə razılıq etməsə, adıçəkilən klublar onunla danışıqlara başlayacaqlar.
Qeyd edək ki, Zeki Çelik bu mövsüm "Roma"nın heyətində bütün turnirlərdə keçirdiyi 38 oyunda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.