"Bavariya" Manuel Noyerdən sonrakı dövr üçün qapıçı axtarışlarını davam etdirir.
Sportliqa.az xəbər verir ki, Münhen təmsilçisinin əsas namizədi "Borussiya"da çıxış edən Qreqor Kobeldir. Bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Almaniya çempionu isveçrəli qolkoperi heyətinə qatmaq üçün yayda hərəkətə keçəcək. 28 yaşlı "əlcək sahibi" ilə "Çelsi" və "Nyukasl" da yaxından maraqlanır.
Qeyd edək ki, Qreqor Kobel bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 41 oyunda 51 qol buraxıb. Onun Dortmund klubu ilə müqaviləsi 2028-ci ilin yayına kimidir.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az