"Qarabağ" klubu Misli Premyer Liqasının 28-ci turunda "Sabah"la görüş öncəsi daha bir maraqlı addım atıb.
Sportliqa.az xəbər verir ki, klub "Sabah"la matça "Qarabağ" forması ilə stadiona gələcək azarkeşləri pulsuz biletlə təmin edəcəyini açıqlayıb.
Belə ki, Ağdam təmsilçisinin forması ilə stadiona gələcək azarkeşləri biletlərini 16, 17, 18 aprel tarixlərində stadion kassalarından və ya Park Bulvar AVM-in 2-ci mərtəbəsində yerləşən "Qarabağ" FK Fanşopundan əldə etməlidirlər. Qeyd olunub ki, biletsiz giriş mümkün deyil.
Xatırladaq ki, bu gün "Qarabağ" sözügedən oyunda komandaya dəstək olmaq istəyən xanım azarkeşlər üçün stadiona girişin pulsuz olacağını da açıqlayıb. Klub Misli Premyer Liqasının 23-cü turunun "Araz-Naxçıvan"la matçında, həmçinin Azərbaycan kubokunun yarımfinalının "Sabah"la ilk oyununda da xanımlara və 15 yaşadək uşaqlara biletləri pulsuz etmişdi.
Qeyd edək ki, "Qarabağ" - "Sabah" matçı aprelin 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 19:30-da başlayacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az