Bu gün Misli Premyer Liqasında 28-ci tura start veriləcək.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə 2 oyun keçiriləcək.
Əvvəlcə "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edəcək. Oyun saat 17:00-da başlayacaq. Bu komandaların ilk dövrədəki oyununda "Araz-Naxçıvan" 2:1 hesabı ilə qalib gəlib. İkinci dövrənin matçında isə 1:1 hesabı qeydə alınıb.
Günün digər matçında isə "Neftçi" "Zirə"nin qonağı olacaq. "Zirə" 44 xalla 4-cü, "Neftçi" isə 43 xalla 5-ci pillədə qərarlaşıb. Qalib gələn komanda 4-cü pillədəki yerini bir qədər möhkəmləndirəcək. Bu baxımdan görüş turun mərkəzi oyunlarından sayılır.
Bu komandaların ilk iki dövrədəki qarşılaşmalarında qalib müəyyənləşməyib - 2:2, 0:0.