"Turan Tovuz" klubunun baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 28-ci turunda "Araz-Naxçıvan"a qalib gəldikləri oyun haqda fikirlərini bölüşüb.
Sportliqa.az xəbər verir ki, o, bu barədə görüşdən sonra təşkil olunan mətbuat konfransında danışıb. Mütəxəssis 3:0 hesablı qələbəni belə şərh edib:
"Bu gün çox vacib və çətin qələbə qazandıq. İkinci hissədəki oyuna görə uşaqlara minnətdaram. Yaxşı aktivlik var idi. Finişə yaxın çox vacib xallar qazandıq".
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az