"Turan Tovuz"dan qələbə, Zirədə bərabərlik
- YENİLƏNİB
Bu gün Misli Premyer Liqasında 28-ci tura start verilib.
Sportliqa.az xəbər verir ki, ilk oyun günündə 2 oyun keçirilib.
Əvvəlcə "Araz-Naxçıvan" "Turan Tovuz"u qəbul edib. Oyun Tovuz təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Araz-Naxçıvan" 2:1 hesabı ilə qalib gəlib. İkinci dövrənin matçında isə 1:1 hesabı qeydə alınıb.
Günün digər matçında isə "Neftçi" "Zirə"nin qonağı olub. "Zirə" 4-cü, "Neftçi" isə 5-ci pillədə qərarlaşdığı üçün görüş turun mərkəzi oyunlarından sayılırdı. Gərgin keçən qarşılaşma 1:1 hesabı ilə bitib. Beləliklə, komandalar öz mövqelərində qalıblar.
Bu komandaların ilk iki dövrədəki qarşılaşmalarında qalib müəyyənləşməyib - 2:2, 0:0.
17 aprel (cümə)
19:30. “Zirə” – “Neftçi” - 1:1
Qollar: İmad Faraj, 63 (0:1), Brahim Konate, 90+4 (1:1)
Zirə İdman Kompleksinin stadionu
17:00. “Araz-Naxçıvan” – “Turan Tovuz” - 0:3
Qollar: İbrahima Vadji, 70 (0:1), Jo Batista, 82 (0:2), 90+2 (0:3)
“SOCAR Polymer Arena”