PSJ-nin heyətində ciddi itki baş verib.
Sportliqa.az xəbər verir ki, Vitinya sıradan çıxıb.
Portuqaliyalı yarımmüdafiəçi Liqa 1-in XXX turunun "Lion"la matçında (1:2) zədələnib. Onun topuğunda iltihab əmələ gəlib.
29 yaşlı dayaq yarımmüdafiəçinin UEFA Çempionlar Liqası yarımfinal mərhələsinin "Bavariya" ilə aprelin 28-də keçiriləcək ilk oyununda iştirakı sual altındadır.
Qeyd edək ki, Vitinya bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 45 oyunda 7 qol vurub, 10 ötürməsi edib.