PSJ klubunun futbolçusu Vitinya zədələnib.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
26 yaşlı yarımmüdafiəçi Liqa 1-in 30-cu turunda "Lion"la oyunda sıradan çıxıb. Oyunçuya sağ daban zədəsi diaqnozu qoyulub. Onun müalicəsinə yaxın günlərdə başlanacaq.
Vitinyanın zədəsi Paris təmsilçisi üçün ciddi problemə çevriləcək. Çünki komanda Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununu aprelin 28-də "Bavariya"ya qarşı keçirəcək. Vitinya cari mövsüm 45 oyuna çıxıb, 7 qol vurub və 10 qolun ötürməsini verib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az