Azərbaycan Kuboku: Bu gün ilk finalçının adı məlum olacaq
Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində ilk qarşılaşma olacaq.
Sportliqa.az xəbər verir ki, “Zirə” finala çıxmaq üçün doğma meydanda “Turan Tovuz” səddini keçməyə çalışacaq. Rəşad Sadıqovun komandası ilk oyunda 2:0 hesablı qələbə qazanıb.
Yarımfinalın digər oyunu olan “Sabah” – “Qarabağ” matçı sabah keçiriləcək.
Azərbaycan Kuboku, yarımfinal, cavab oyunları
21 aprel
19:00. Zirə – Turan Tovuz
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Rahil Ramazanov, Rəşad Əhmədov.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu
İlk oyun – 2:0
22 aprel
20:00. Sabah – Qarabağ
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Kamal Umudlu.
VAR: Kamranbəy Rəhimov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Bank Respublika Arena”
İlk oyun – 2:2