Azərbaycan yığmasının sabiq üzvü Təmkin Xəlilzadə dünyanın tanınmış futbolçuları ilə bir turnirdə iştirak edəcək.
Sportliqa.az xəbər verir ki, 32 yaşlı cinah müdafiəçisi Türkiyənin “Volves” minifutbol komandasında oynayacaq. Bu barədə "Volves"in rəsmi İnstaram səhifəsində məlumat paylaşılıb.
Təmkin Xəlilzadə hər il keçirilən "Golazo" turniri üçün heyətə cəlb edilib. "Volves"də Martin Şkrtel və Fernandao kimi futbolçular da oynayacaq. Turnirdə Rayan Babel, Rikardo Kuarejma, Elmander, Tuncay Şanlı kimi futbolçular da çıxış edəcək.
Qeyd edək ki, “Volves” həvəskar futbol , minifutbol və futzal liqalarında yarışan komandadır.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az