Mahir Emreli oynamadı, “Kayzerslautern” uduzdu
Almaniya ikinci Bundesliqasında 31-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, millimizin hücumçusu Mahir Emrelinin də formasını geydiyi “Kayzerslautern” öz meydanında “Braunşveiq”i qəbul edib. Matç qonaqların qələbəsi ilə yekunlaşıb.
Mahir Emreli bu matçın iştirakçısı olmayıb. Onun adı “Kayzerslautern”in iştirak ərizəsinə daxil edilməyib.
Bu məğlubiyyətdən sonra əvvəlki kimi 46 xalda qalan “Kayzerslautern” 7-ci pillədə qərarlaşıb.