Bu sevgi sərhəd tanımır. Del Nero tarixin ən böyük futbol cinayətkarlarından biri kimi xatırlanır. O, bir neçə il əvvəl ömürlük futboldan uzaqlaşdırılıb və milyonlarla İsveçrə frankı cərimələnib.
Model Klara Brazil isə bir neçə ildir ki, Del Nero ilə münasibətdədir və o, sevgilisindən 50 yaş kiçik olmasına qətiyyən fikir vermir. Bu yaxınlarda o, tərəfdaşı ilə münasibətlərinin beşinci ildönümünü qeyd etdiyi posta “Sevgilim” başlığını yazıb.
Qalmaqallı braziliyalı funksionerin futboldan böyük qazancı var və hələ də onun sərvəti tükənməyib. Görünür, onların münasibətinin yüksək səviyyədə yaşamasına imkan verən və birlikdə eşq yaşamalarında əsas səbəb elə puldur.
Seksual model 82 yaşlı funksionerlə eşq yaşadığı üçün daim tənqidlərlə üzləşir, lakin bu, ona təsir etmir və Del Nero ilə həyatın dadını çıxarır.
Modelin instaqramda 350 mindən çox izləyicisi var və o, izləyiciləri daim həyəcanda saxlamaq üçün yarıçılpaq fotolar paylaşır.
Braziliya Futbol Federasiyasında prezident olmuş Del Nero FIFA-nın onunla bağlı istintaqa başlayanda 2015-ci ildə həbs olunmaq qorxusundan Sürixdən ayrılır və ölkəsinə qayıdır. 2016-cı ilin aprelində o, federasiyada yenidən prezidentliyə qayıtdı, ancaq 2017-ci ildə FIFA tərəfindən böyük korrupsiya qalmaqalı ilə əlaqəsi olduğu üçün vəzifəsindən uzaqlaşdırıldı. O, həbs olunacağından qorxduğu üçün 2015-ci ildən Braziliyanı tərk etmir, milli komandaların oyunlarına getmir və mətbuata açıqlama vermir. 2018-ci ilin aprelində FIFA ona rüşvət aldığı üçün ömürlük cəza kəsib. Bundan əlavə, o, bir milyon İsveçrə frankı məbləğində cərimələnib.