“Elite” Atçılıq Klubunun yetirməsi Anar Hümbətov Özbəkistanın paytaxtı Daşkənddə təşkil olunmuş konkur üzrə Mantena Kubokunda iştirak edib.
Sportliqa.az xəbər verir ki, Beynəlxalq Atçılıq Federasiyasının təqvim planına daxil olan bu turnirdə idmançımız “Aqat” ləqəbli atla mübarizə aparıb.
O, hündürlüyü 110 sm olan maneələri dəf etmək yarışlarında 5-ci yeri tutub. Hündürlüyü 115 sm olan maneələrin dəf olunmasında isə A.Hümbətov 6-cı olub.
Qeyd edək ki, turnirdə 9 ölkəni təmsil edən 10 idmançı mübarizə aparıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az