Sportliqa.az xəbər verir ki, bu günə nəzərdə tutulan matçlar artıq başa çatıb.
Əvvəlcə "Şamaxı" öz meydanında "Kəpəz"lə qarşılaşıb. Matç Ayxan Abbasovun komandasının qələbəsi ilə başa çatıb. Bu komandaların ilk dövrədəki oyununda "Kəpəz" (4:1), 2-ci dövrənin matçında isə "Şamaxı" (2:0) qalib gəlib.
Günün ikinci matçında isə "Neftçi" əzəli rəqibi "Qarabağ"ı qəbul edib. Azərbaycan derbisi Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb. Komandaların ilk dövrədəki oyununda "Qarabağ" 2:0 hesablı qələbə qazanıb. İkinci dövrənin matçı isə təxirə salınıb və aprelin 30-da keçiriləcək.