Kurban Berdıyev: "Əsas heyətin oyunçularının olmaması ikinci hissədə bir qədər özünü göstərdi"
"Turan Tovuz" klubu Misli Premyer Liqasının 29-cu turunda doğma meydanda "Zirə" ilə heç-heçə edib.
Sportliqa.az xəəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Kurban Berdiyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Ümumilikdə pis oyun olmadı. Əsas heyətin oyunçularının olmaması ikinci hissədə bir qədər özünü göstərdi. Bəzi futbolçular yorulmağa başladı. Amma oyuna görə uşaqlara təşəkkürümü bildirdim.
- Avrokuboklara vəsiqəni təmin etdikdən sonra gənc futbolçulara şans verməyi düşünürsüz?
- İstənilən gənc oyunçu əsas komandada oynamaq şansını özü qazanmalıdır. (sportal.az)