Luka Modriç əməliyyat edildi
28 Aprel 2026 16:00
İtaliya A seriyasının son turunda "Yuventus"la görüşdə zədələnən "Milan"ın futbolçu Luka Modriç əməliyyat olunub.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti mılumat yayıb.
Üz sümüyündə qırıq aşkarlanan 40 yaşlı yarımmüdafiəçinin uğurlu əməliyyat keçirdiyi bildirilir.
Xorvatiya milllisinin kapitanının bu yay təşkil ediləcək dünya çempionatına qədər sağalacağı gözlənilir.