"Fənərbağça"nın yarımmüdafiəçisi Sebastian Şizmanski Avropanın top klublarının diqqət mərkəzinə düşüb.
Sportliqa.az xəbər verir ki, 24 yaşlı futbolçunu "Napoli" yaxından izləyir. Bu mövsüm keçirdiyi 15 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalan futbolçunun sözləşməsində sərbəst qalma maddəsi yer almayıb.
İstanbul təmsilçisi Polşa millisinin üzvünü yayda "Dinamo Moskva"dan 9,7 milyon avroya transfer edib.