Türkiyə yığması DÇ-2026-dan öncə iki yoldaşlıq oyunu keçirəcək.
Sportliqa.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Vinçentso Montellanın komandası iyunun 1-də İstanbulda Şimali Makedoniya yığması ilə, iyunun 6-da isə ABŞ-da Venesuela ilə qarşılaşacaq.
Qeyd edək ki, Türkiyə millisi 24 il sonra ilk dəfə mundialda yarışacaq. Sözügedən yığma DÇ-2026-nın D qrupunda ABŞ, Paraqvay və Avstraliya ilə mübarizə aparacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az