Mahir Emrelinin komandası yenə uduzdu
Almaniya ikinci Bundesliqasında 32-ci turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, milli komandamızın hücumçusu Mahir Emrelinin də formasını geydiyi “Kayzerslautern” səfərdə "Dinamo Drezden"in qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Mahir Emreli bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Bu məğlubiyyətdən sonra əvvəlki kimi 46 xalda qalan “Kayzerslautern” 7-ci pillədə qərarlaşıb.